logo

Çində ötən gün baş verən zəlzələdə 4000-dən çox insan zərər çəkib

17:31 02-04-2020 | icon 2422
Çində ötən gün baş verən zəlzələdə 4000-dən çox insan zərər çəkib

Ötən gün Çinin cənub-qərbindəki Sıçuan əyalətinin Şisyuy rayonunda baş vermiş  5,6 maqnitudalı zəlzələdən  4000-dən çox insan zərər çəkib.

YeniAvropa "Sinxua" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Şisyuy rayonundakı 84 kənddə 790-dan çox evə müxtəlif dərəcədə zərər dəyib. Zəlzələnin vurduğu iqtisadi zərərin həcmi təqribən 79,83 milyon yuana bərabərdir (11,28 milyon ABŞ dolları).

Qurbanlar haqqında hələ xəbər yoxdur.

Qanszı-Tibet muxtar dairəsinin Sıçuan əyalətinin Şisyuy rayonunda 5,6 maqnitudalı yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 20:23-də başlanıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, zəlzələnin episentri əyalətin inzibati mərkəzi Çendu şəhərindən 559 kilometr məsafədə yerləşir.