logo

Texniki Universitetinin 1-ci kurs tələbəsi qəfildən öldü

16:59 02-04-2020 | icon 378
Texniki Universitetinin 1-ci kurs tələbəsi qəfildən öldü

Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.