logo

İsrailin baş naziri koronavirusa görə ikinci dəfə karantinə yollanıb

16:31 02-04-2020 | icon 2450
İsrailin baş naziri koronavirusa görə ikinci dəfə karantinə yollanıb

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin səhiyyə naziri Yakov Lismanda koronavirus aşkarlanması səbəbindən ikinci dəfə karantinə yollanıb.

YeniAvropa İsrail mətbuatna istinadla xəbər verir ki, hökumət başçısının mətbuat katibi Anna Yonatan Binyamin Netanyahunun aprelin 8-dək karantində qalacağını deyib.

Bir qədər əvvəl səhiyyə nazirliyi 71 yaşlı Yakov Lismanda və onun həyat yoldaşında koronavirus aşkarlandığı və onların izolyasiyada qalacağı barədə məlumat yayıb.

Qeyd edək ki, Binyamin Netanyahu ilk dəfə əməkdaşlardan birinin xəstələnməsi səbəbindən karantində qalmışdı. O zaman baş nazirin, ailə üzvlərinin və yaxınlarının analizləri neqativ nəticə vermişdi.