logo

Bakı və Sumqayıtda yaşayan jurnalistlər rayonlara gedə bilməzlər

14:29 02-04-2020 | icon 2002
Bakı və Sumqayıtda yaşayan jurnalistlər rayonlara gedə bilməzlər

Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməklə postlardan maneəsiz keçə bilərlər.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, həmin jurnalistlər rayonlara gedə bilməzlər: “Onların yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir”.