logo

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu

12:11 02-04-2020 | icon 2002
Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu

Bugünkü ilkin məlumata görə Azərbaycanda daha 41 nəfər koronavirus infeksiyasına yoluxub.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov  bu gün keçirilən mətbuat konfransında bildirib.

İ.Məmmədov qeyd edib ki, onlardan 8-nin vəziyyəti ağır, 11-nin orta ağır qiymətləndirilir.

Onun sözlərinə görə, hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.