logo

Mayın 9-da Moskvada Qələbə paradı keçiriləcəyi sual altındadır

11:28 02-04-2020 | icon 2184
Mayın 9-da Moskvada Qələbə paradı keçiriləcəyi sual altındadır

“Mayın 9-da Moskvada keçiriləcək, II Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş Qələbə paradı ilə bağlı planların koronavirusa görə, dəyişməsinə dair heç bir qərar yoxdur”.

YeniAvropa xəbər verir ki, bu barədə "Gazeta.ru"-ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Hələlik paradın təxirə salınması ilə bağlı hər hansı başqa bir qərar verilməyib. Vəziyyət izlənilir”, - deyə D.Peskov vurğulayıb.