logo

Bakıda tikinti materialları bazarındakı yanğın söndürülüb

10:10 02-04-2020 | icon 3514
Bakıda tikinti materialları bazarındakı yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN )Sabunçu rayonunda bazarda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, Bakı şəhərinin Sabunçu rayonu S.Qocayev küçəsindən ümumi sahəsi 5000 kvadratmetr olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların 350 kvadratmetri yanıb. Bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.