logo

Keçmiş məhkumdan 0,5 kq narkotika götürüldü

15:45 01-04-2020 | icon 364
Keçmiş məhkumdan 0,5 kq narkotika götürüldü

Daxili işlər orqanları əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Bayramov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilib.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Aşağı Yağlıvənd kəndi ərazisində sellofan torbanın içərisində çəkisi 1 kiloqramdan artıq marixuana tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.