logo

Qaradağ rayonunda avtoqəzada iki nəfər öldü

13:11 01-04-2020 | icon 357
Qaradağ rayonunda avtoqəzada iki nəfər öldü

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.