logo

NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

12:57 01-04-2020 | icon 350
NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

NATO martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”i tanımır

YeniAvropa xəbər verir ki, bu barədə NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi “Facebook” səhifəsində məlumat paylaşıb. 

Ceyms Appaturay, həmçinin ATƏT-in Minsk qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib.