Rusiyadan gələn soydaşlarımız Nabrandakı turizm mərkəzlərində karantinə alınıb
Rusiya Federasiyasından avtomobil yolu ilə Azərbaycana gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunan vətəndaşlar Nabran istirahət zonasındakı turizm mərkəzlərinə yerləşdiriliblər.
YeniAvropa xəbər verir ki, hazırda 6 otel və mehmanxana tipli istirahət mərkəzində 820 nəfər karantindədir. Onlara koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilib. Əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq karantinə alınan şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər diqqətdə saxlanılır. Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilir.
Karantinə alınanlardan 10 nəfərində yüksək temperatur müşahidə olunduğu üçün həmin vətəndaşlar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Sosial izolyasiya tədbirləri ilə əlaqədar xarici ölkələrdən gələn vətəndaşlar 14 gün karantin şəraitində saxlanılır.
Rusiyadan avtomobil yolu ilə gələn bir qrup vətəndaş isə Qubadakı istirahət mərkəzlərində yerləşdirilib. Həkim qrupları gün ərzində fəaliyyət göstərir.
Burada yerləşdirilən şəxslərin 13-də yüksək temperatur müşahidə edildiyindən onlardan lazofaringial yaxma götürülərək Xaçmaz Regionlararası Taun Əleyhinə Dispanserə göndərilib.
Karantinə alınan vətəndaşlarımız üçün istirahət mərkəzində yüksək səviyyədə şərait yaradılıb. Qidalanma, gigiyenik vasitələrlə təchizat və tibbi xidmətlə bağlı hər hansı çətinlik yoxdur. Həmçinin vətəndaşlar TƏBİB tərəfindən bütün zəruri dərman preparatları ilə təchiz edilib.
Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir