logo

Dairəvi dəmir yolunda qatarların sayı azaldılır

18:19 31-03-2020 | icon 2121
Dairəvi dəmir yolunda qatarların sayı azaldılır

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq edilib.

Bu məqsədlə, Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarların sayı azaldılıb. Qatarlar karantin günlərində fəaliyyətini davam etdirmək zərurəti yaranan müəssisələrin əməkdaşlarının işə gediş-gəlişinin təmin olunmasına xidmət göstərəcək. Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq.