logo

Xəbərdarlıq: Hava şəraiti dəyişəcək, intensiv yağış, qar yağacaq

17:33 31-03-2020 | icon 2142
Xəbərdarlıq: Hava şəraiti dəyişəcək, intensiv yağış, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən aprelin 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, aprelin 2-si günün ikinci yarısından aprelin 3-ü səhərədək şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23 metrədək güclənəcək.

Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti aprelin 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı istisna olunmur.