logo

"BP"nin vitse-prezidenti Zaur Paşayev liftin düyməsini ayağı ilə basdı

14:55 31-03-2020 | icon 2184
"BP"nin vitse-prezidenti Zaur Paşayev liftin düyməsini ayağı ilə basdı

Sosial şəbəkələrsə Bakıda elit yeni binalardan birində kişinin lifti ayağı ilə basması barədə qalmaqallı video yayılıb.

 YeniAvropa xəbər verir ki,videoda kişi koronavirusdan dezinfeksiya etmək üçün əvvəlcə əllərini spirtlə silir və sonra liftin düyməsini ayağı ilə basır.

Daha sonra sosial şəbəkə istifadəçiləri kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Həmin şəxsin "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyədəki torpaq əməliyyatları üzrə regional vitse-prezidenti Zaur Paşayev olduğu bəlli olub.

Zaur Paşayev Azərbaycan, Gürcüstan və Türkiyə üçün idarəetmə qrupuna üzv olmaqla yanaşı, qlobal "BP" əməliyyatlarının təşkili, quruda aparılan əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli aparılması üçün məsuliyyət daşıyır.