logo

Gürcüstanda valyutadəyişmə məntəqələri bağlanıb

14:33 31-03-2020 | icon 2268
Gürcüstanda valyutadəyişmə məntəqələri bağlanıb

Martın 31-dən Gürcüstandakı bütün valyutadəyişmə məntəqələri müvəqqəti olaraq bağlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə ölkənin Milli Bankı məlumat yayıb. Bildirilir ki, kommersiya bankları, ödəmə sistemləri operatorları, mikromaliyyə təşkilatları, bankomat və poçt terminalları fəaliyyətlərini davam etdirəcək.

Milli Bank vətəndaşları ölkənin koronavirusla effektiv mübarizəsinə kömək etmək üçün maksimal şəkildə onlayn ödənişlərdən istifadə etməyə çağırıb.

Xatırladaq ki, bu gündən koronavirus epidemiyası ilə bağlı Gürcüstanda ümumi karantin qüvvəyə minib. Saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.