logo

Ötən gün Bakıda 20 iaşə obyektinin sahibi inzibati qaydada cərimələnib

14:11 31-03-2020 | icon 1925
Ötən gün Bakıda 20 iaşə obyektinin sahibi inzibati qaydada cərimələnib

Martın 30-dan 31-dək olan müddətdə həyata keçirilən nəzarət tədbirləri  çərçivəsində koronavirus epidemiyası əleyhinə rejimi pozan respublika üzrə 36, o cümlədən Bakı şəhərində 20 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 2 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 1 nəfərə xəbərdarlıq edilib, 1 nəfər isə əqli cəhətdən qüsurlu olduğu üçün psixatriya xəstəxanasına yerləşdirilib.

Ötən gün ərzində epidemiya əleyhinə rejimi pozduqlarına, həmçinin respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə görə 333 nəfərə inzibati cərimə tətbiq edilib.

Vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur.