logo

Bakıya gələn 14 mindən artıq avtomobil postlardan geri qaytarılıb

12:58 31-03-2020 | icon 2030
Bakıya gələn 14 mindən artıq avtomobil postlardan geri qaytarılıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında martın 30-u saat 8:00-dan martın 31-i saat 8:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, Bakı-Quba yolunun 45.2-ci kilometrində yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrində yerləşən keçid postundan 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla 86 nəqliyyat vasitəsi geri qaytarılıb.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla 202 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Martın 19-dan 31-i saat 8:00-dək 8485 nəqliyyat vasitəsinin rayon, martın 24-dən 31-i saat 8:00-dək isə 5751 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

Ümumilikdə bu günədək 14 min 236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdlərinin qarşısı alınıb.