logo

Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə 10 sm qar yağıb

12:09 31-03-2020 | icon 2009
Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə 10 sm qar yağıb

Martın 30-u axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Qubanın Qırız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub. Qrız kəndində qarın hündürlüyü 10 santimetrə, Xınalıqda isə 2 santimetrə çatıb.

Temperatur isə mənfi 2 dərəcəyədək aşağı enib.