logo

Azərbaycan nefti son 19 ildə ən aşağı qiymətədək ucuzlaşıb

10:58 31-03-2020 | icon 2485
Azərbaycan nefti son 19 ildə ən aşağı qiymətədək ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir və bu gün son 19 ildə ən aşağı qiymət göstəricisinədək aşağı enib.

YeniAvropa xəbər verir ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,62 dollar ucuzlaşaraq 19,23 dollar təşkil edib.

Xatırladaq ki,Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.