logo

"Tokio2020"ə görə atletika üzrə dünya çempionatının da vaxtı dəyişdirildi

10:07 31-03-2020 | icon 2765
"Tokio2020"ə görə atletika üzrə dünya çempionatının da vaxtı dəyişdirildi

2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020" Yay Olimpiya Oyunlarına görə dəyişdirilib. Belə ki, mundial 2022-ci ildə keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) rəsmi internet səhifəsində məlumat yayıb.

Məlumatda "World Athletics"in Beynəlxalq Olimpiya Komitəsinin cari ildə keçirilməsi nəzərdə tutulan "Tokio-2020"nin koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasını yüksək qiymətləndirib.

Qeyd edək ki, atletika üzrə dünya çempionatı 2022-ci ildə ABŞ-ın Oreqon ştatında təşkil olunacaq.