logo

Hökumətin parlamentdə hesabatı təxirə salındı

19:17 30-03-2020 | icon 2051
Hökumətin parlamentdə hesabatı təxirə salındı

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatının Milli Məclisdə müzakirəsi təxirə salınıb.

YeniAvropa xəbər verir ki, hökumətin hesabatının müzakirəsi qeyri-müəyyən vaxta təxirə salınıb. Onun nə vaxt müzakirə olunacağı bəlli deyil.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı Milli Məclisə bir neçə gün əvvəl axil olub. Elə həmin ərəfədə KİV-də Baş nazir Əli Əsədovun təqdim edəcəyi hesabatın parlamentin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı barədə məlumat yayılmışdı.