logo

Sabunçudakı avtoqəzada 2 nəfər öldü

15:14 30-03-2020 | icon 1911
Sabunçudakı avtoqəzada 2 nəfər öldü

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabunçu rayonunun ərazisində, Heydər Əliyev prospektində Bakı şəhər sakinləri Ə.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən, E.Quliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurub. Nəticədə “Mercedes”dəki sərnişinlərdən İmran Qasımov, Həbib Hüseynov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.