logo

Paytaxtda ötən gün 428 nəfər xüsusi karantin rejim qaydalarını pozub

10:18 30-03-2020 | icon 2037
Paytaxtda ötən gün 428 nəfər xüsusi karantin rejim qaydalarını pozub

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən YeniAvropa-ya bildiriblər ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin 3-ü narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri axtarışda olduğuna görə 1 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan bir nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.