logo

"Tokio2020"yə lisenziya qazanan idmançılar gələn il birbaşa Olimpiya Oyunlarına qatılacaqlar

22:53 29-03-2020 | icon 2919
"Tokio2020"yə lisenziya qazanan idmançılar gələn il birbaşa Olimpiya Oyunlarına qatılacaqlar

Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə bilərlər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

"Aydın məsələdir ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür",- deyə Tomas Bax vurğulayıb.

Xatırladaq ki, martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Tokio Yay Olimpiya Oyunlarının 2021-ci iləin yayınadək təxirə salınmasına qərar verib. Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Azərbaycan idmançıları  Olimpiya Oyunlarına indiyədək 15 lisenziya qazanıblar. "Tokio-2020"də 11 min idmançının iştirak edəcəyi gözlənilirdi.