logo

Bibiheybət yolu yenidən bağlanır

21:44 29-03-2020 | icon 2030
Bibiheybət yolu yenidən bağlanır

Bibiheybət məscidindən şəhər istiqamətinə nəqliyyatın yeni yol ilə hərəkəti yenidən dayandırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.Qeyd edilib ki, aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə "20-ci sahə" adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.