logo

"Euro2022"nin püşkatmasının vaxtı dəyişdirildi

20:36 29-03-2020 | icon 2639
"Euro2022"nin püşkatmasının vaxtı dəyişdirildi

Futzal üzrə "Euro2022"nin seçmə mərhələsi üçün püşkatma mərasiminin vaxtı dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, buna səbəb koronavirus pandemiyasının yayılmasıdır.

Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

Qeyd edək ki, "Euro2022"nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Final mərhələsi 2022-nin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.