logo

Xəbərdarlıq: "Dezinfeksiya edən bəzi ağ geyimlilərə inanmayın!"

14:59 29-03-2020 | icon 2093
Xəbərdarlıq: "Dezinfeksiya edən bəzi ağ geyimlilərə inanmayın!"

Dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti(BŞİH) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.Qeyd edilib ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə BŞİH-nə məlumatlar daxil olur.

Məlumatda  belə hallar mövcud olduğu təqdirdə, vətəndaşların hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş olunur.

Qaynar xətt: (012) 492-63-11