İranda koronavirusdan ölənlərin sayı isə 2 min 517 oldu
İranda koronavirusa yoluxanların və həyatını itirənlərin sayı artmaqda davam edir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,ölkənin koronovirusla mübarizə üzrə operativ qərargahının məlumatına əsasən, martın 28-də virusa yoluxanların sayı 35 min 408, ölənlərin sayı isə 2 min 517 nəfərə çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 11 min 679 nəfər sağalaraq evə buraxılıb.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur Tehranda keçirdiyi brifinqdə bəyan edib ki, müalicə alan 3 min 206 nəfərin vəziyyəti qənaətbəxş deyil.
Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilən nazirlər şurasının iclasında koronovirusla mübarizə və onun yaratdığı problemlərin həlli yolları müzakirə edilib. Prezident bəyan edib ki, koronovirusdan müalicə olunan adamların tibbi xərclərinin 90 faizini dövlət ödəyəcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ-da qanunsuz olaraq həbs edilən iranlı alim Sirus Əsgərinin hüquqları kobudcasına pozulur. Nazir deyib ki, heç bir ittiham irəli sürülmədən və məhkəmənin sanksiyası olmadan həbs edilən alim ümumi kamerada saxlanılır, ona adi tibbi maskada verilmir.
Rusiya, Sloveniya, Pakistan və Yaponiyanın Xarici İşlər nazirlikləri ABŞ-ı İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıblar.
ABŞ Dövlət Departamenti isə bəyanat yayaraq bildirib ki, İranın bəzi dövlətlərin banklarında saxladığı aktivlərindən istifadə etməsinə icazə verməyəcək. Qeyd edək ki, İranın ABŞ və Avropa dövlətlərinin banklarında 20 milyard dollardan çox maliyyə vəsaiti var.
Bu pulları İran neft satışından əldə edib. Lakin sanksiyalar ucbatından bu vəsaitlərdən istifadə edə bilmir.
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib