logo

Bu gün I sinflərə elektron qeydiyyat aparılacaq

09:32 29-03-2020 | icon 3605
Bu gün I sinflərə elektron qeydiyyat aparılacaq

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.