logo

İspaniyada koronavirusdan ölənlərin sayı 6 min nəfərə yaxınlaşır

21:52 28-03-2020 | icon 2310
İspaniyada koronavirusdan ölənlərin sayı 6 min nəfərə yaxınlaşır

İspaniyada koronavirusa yoluxanların sayı 72 min 248 nəfərə, ölənlərin ümumi sayının isə 5 min 690 nəfərə çatıb. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.Qeyd edilib ki,son 24 saatda yeni yoluxanların sayı 8 min 189, ölənlərin sayı isə 832 nəfər təşkil edib.

Məlumatda bildirilib ki, hazırda reanimasiya şöbəsində 4 min 575 pasiyent müalicə alır. COVID-19 virusundan sağalan insanların sayı ölənlərin sayından iki dəfədən çoxdur -12 min 285 nəfər.

Qeyd edək ki, epidemiyanın başlandığı gündən paytaxt Madrid şəhərində ölənlərin sayı 345 nəfərə çatıb.