logo

Paytaxt sakininin evindən 5 kq marixuana götürüldü

18:17 28-03-2020 | icon 2170
Paytaxt sakininin evindən 5 kq marixuana götürüldü

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 5 kiloqramdan artıq marixuana götürülüb.

Faktla bağlı təhqiqat aparılır.