56 qrant layihəsi koronavirusla mübarizəyə yönləndirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-lərə və birgə qrant müsabiqəsi keçirdiyi qurumlara müraciət edib.
YeniAvropa xəbər verir ki, müraciətin mətnində deyilir:
"Hörmətli QHT nümayəndələri və tərəfdaş qurumlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün növbəti mühüm təşəbbüslə çıxış etməyə qərar verib. Belə ki, Şura müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi (bu ilin martın 5-də nəticələr elan olunub) aşağıdakı 9 qrant müsabiqələrinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edir:
Səhiyyə Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə qeyri-infeksion xəstəliklərə dair əhalinin maarifləndirilməsi, Antibiotiklərə qarşı rezistentlik mövzusunda əhalinin maarifləndirilməsi, Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS), virus hepatitlerinin və cinsi yolla keçən infeksiyaların yayılmasının qarşısının alınması və ondan qorunma yolları barədə maarifləndirmə tədbirlərinin təşkili;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə ictimai yerlərdə ətraf mühitə tullantıların atılmasının qarşısının alınması;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə ictimai yerlərdə ətraf mühitə tullantıların atılmasının qarşısının alınması;
İctimai Televiziya (İTV) ilə birgə keçirilən qrant müsabiqə üzrə ətraf mühitin qorunmasına həsr olunan sosial çarxların hazırlanması;
Təhsil Nazirliyi ilə birgə keçirilən qrant müsabiqə üzrə tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili;
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən qrant müsabiqə üzrə gənc ailələrə psixoloji yardımın göstərilməsi;
Bakı Nəqliyyat Agentliyi ilə birgə keçirilən qrant müsabiqə üzrə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili, İctimai nəqliyyatda davranış qaydalarının təşviqi, yol-nəqliyyat hadisələrində ilkin tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirmə işinin təşkili;
Dövlət Miqrasiya Xidməti ilə birgə keçirilən qrant müsabiqəsi üzrə Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi;
Sosial Tədqiqatlar Mərkəzi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması, sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təhlillərin hazırlanması və monitorinqlərin həyata keçirilməsi mövzusunda olan layihələr.
Şura bu istiqamətlər üzrə qalib olmuş layihələr çərçivəsində görüləcək işin və nəzərdə tutulan fəaliyyət planının tam olaraq koronavirusla mübarizə tədbirlərinə dəyişməyin mümkünlüyü qənaətində olsa da, bu dəyişikliyin tərəfdaş qurumlar və QHT-lər tərəfindən könüllü olaraq həyata keçirilməsini vacib hesab edir.
Ona görə də Şura Katibliyinin əməkdaşları təklif olunan dəyişiklikləri müvafiq dövlət qurumları və QHT-lərlə onlayn qaydada razılaşdırdıqdan sonra onlarla müqavilə sənədlərinin hazırlanması və imzalanması prosesinə başlayacaq.
Ümid edirəm ki, həm QHT-lər, həm də tərəfdaş qurumlar ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizəyə bütün resursların səfərbər olunması məqsədilə Şuranın qəbul etdiyi bu vacib qərarı anlayışla qarşılayacaq, onu dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər".
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib