logo

Karantin rejiminin pozduğuna görə 10 nəfər məsuliyyətə cəlb edildi

16:14 28-03-2020 | icon 1848
Karantin rejiminin pozduğuna görə 10 nəfər məsuliyyətə cəlb edildi

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 27 mart saat 08:00-dan 28 mart saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 10 nəfər məsuliyyətə cəlb edilib. 

Kamran Əliyev bildirib ki, karantin rejiminin tətbiqinə başlandığı 19 martdan 28 mart saat 08:00-dək ümumilikdə 12201 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.  7842 nəqliyyat vasitəsinin rayon, 25 martdan 28 mart saat 08:00-dək isə 4359 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qaytarılıb:

“Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 70-i rayon, 374-ü şəhər istiqamətinə olmaqla 444  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. Həmçinin, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən keçid postundan 27-i rayon, 151-i şəhər istiqamətinə olmaqla 178 nəqliyyat vasitəsi geri qaytarılıb. Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 200-ü rayon, 178-i şəhər istiqamətinə olmaqla 378 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib”.