logo

Tramp  ABŞ-da hər vətəndaşa 1200 dollarlıq yardıma dair qanun imzaladı

13:10 28-03-2020 | icon 2408
Tramp  ABŞ-da hər vətəndaşa 1200 dollarlıq yardıma dair qanun imzaladı

ABŞ prezidenti Donald Tramp 2 trilyon ABŞ dollarından çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanunu imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  “CNN” məlumat yayıb. Bildirilib ki, bu, ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketidir. Belə ki, sonuncu dəfə Konqres 2008-ci ildə dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün 800 milyard ABŞ dolları həcmində yardım paketini təsdiqləmişdi.

Sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1 200 ABŞ dolları məbləğində birdəfəlik ödəmələr ala biləcəklər.

Qeyd edilib ki, bundan əvvəl isə iqtisadi paket Senat və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.