logo

Azərbaycanda deputatlarda koronavirus aşkarlanmadı

11:20 28-03-2020 | icon 2373
Azərbaycanda deputatlarda koronavirus aşkarlanmadı

Milli Məclisin (MM) deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  jurnalistlərə MM-nin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, başqa sözlə,  onların heç birində koronavirus aşkarlanmayıb.

Xatırladaq ki, deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçiblər.