logo

Şimali Makedoniya NATO-nun 30-cu üzv ölkəsi oldu

22:13 27-03-2020 | icon 2408
Şimali Makedoniya NATO-nun 30-cu üzv ölkəsi oldu

Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkə oldu.

YeniAvropa  “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən yayılmış yazılı açıqlamada deyilir. Bildirilib ki,  martın 30-da Alyansın Brüsseldəki mənzil qərargahının qarşısında Şimali Makedoniyanın bayrağının qaldırılması mərasimi olacaq.

“27 Mart 2020-ci ildə ABŞ müqavilənin depozitarisi olaraq Şimali Makedoniya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair sənəd alıb. Bu sənəd Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi edib. Martın 30-da Şimali Makedoniya bayrağı NATO qərargahının qarşısında qaldırılacaq” ,- deyə  Maykl Pompeo  qeyd edib. 

 ABŞ dövlət katibi bildirib ki, bayraq qaldırma mərasimi rəsmi şəxslərin iştirakı ilə keçiriləcək.