logo

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

21:55 27-03-2020 | icon 2471
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

Dünyanın 11 dövlətinin BMT və ABŞ-a müraciət edərək İrana qarşı sanksiyaların aradan qaldırmasını xahiş etməsinə baxmayaraq, Vaşinqton sanksiyaları ləğv etməyəcək.

YeniAvropa xəbər verir ki, bu sözləri ABŞ dövlət departamentinin mətbuat katibi Morqan Ortaqus bildirib. Ərəbdilli “Aş-Şark al-Ausat” qəzetinə müsahibə verən mətbuat katibi qeyd edib ki, İrana qarşı təzyiqlər bundan sonra da davam edəcək: " İranı yalnız bu yolla danışıqlar masası arxasına qaytarmaq olar".

M.Ortaqus onu da nəzərə çatdırıb ki, koronavirusla mübarizə üçün İrana göstərilən humanitar yardımlara sanksiya tətbiq edilmir.

Qeyd edək ki, İranda koronavirusun geniş yayılması səbəbindən ölkə iqtisadiyyatı ağır vəziyyətə düşüb. ABŞ-ın Maliyyə Nazirliyi isə ötən gün İranın 5 şirkətinın və 15 nəfər hüquqi şəxsinin adını sanksiyalar siyahısına əlavə edib. ABŞ-ın bu addımı bir sıra dünya dövlətləri tərəfindən birmənalı qəbul edilməyib. On bir müsəlman dövləti, həmçinin Rusiya BMT-nin Baş katibi Antonio Quterreşə məktubla müraciət edərək, İrana qarşı sanksiyaların heç olmazsa müvəqqəti olaraq aradan qaldırılmasını istəmişlər.