logo

İlham Əliyev akademik Adil Qəribovu “Şöhrət” ordeni ilə təltif edib

17:50 27-03-2020 | icon 2121
İlham Əliyev akademik Adil Qəribovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev martın 27-də Adil Qəribovun ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:

"Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, sabah akademik Adil Qəribovun 70 yaşı tamam olur. 

Adil Qəribov  28 mart 1950-ci ildə  Nuxa(indiki Şəki) rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirib. 1972-ci illərdə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın organika və Fiziki Kimya institutunda namizədlik disertasiyasını müdafiə edib. 1977-1978-ci illərdə aspiranturanı bitirdikdən sonra, Radiasiya Tədqiqatlar sektorunda mühəndis işləyib. 1995-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1998-ci ildə isə “Radiasiya kimya” ixtisası üzrə professor adını alıb. AMEA Radiasiya Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru seçilib.

Adil Qəribov  kimya elmləri doktoru, professor, AMEA-nın müxbir və həqiqi üzvüdür. Prezidentin 14 dekabr 2005-ci il tarixli fərmanı ilə Əməkdar elm xadimi adına layiq görülüb.