logo

İranda daha 144 nəfər koronavirusdan öldü

17:10 27-03-2020 | icon 2429
İranda daha 144 nəfər koronavirusdan öldü

Son sutka ərzində İranda 2 min 926 nəfər koronavirusa yoluxub, 144 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu faktları İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur açıqlayıb. O bildirib ki, əhalinin evdə qalmaq istəməməsi vəziyyəti daha da gərginləşdirir. Cahanpurun sözlərinə görə, bu günədək ölkədə 32 min 332 nəfərin virusa yoluxması qeydə alınıb, 2 min 378 nəfər isə həyatını itirib. Bununla yanaşı, 10 mindən çox insan xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb.

Yerli mətbuatın yazdığına görə, ölkə üzrə 40 min tibbi mərkəz yaradılıb ki, əhali bu mərkəzlərdə testdən keçirilir. Müxtəlif vilayətlərdə 50 min nəfər testdən keçirilib.

Hökumət karantin şərtlərini pozan şəxslərə qarşı ciddi cəzalar tətbiq etmək qərarına gəlib. Cərimələr artırılmaqla yanaşı, karantin şərtlərini ikinci dəfə pozanları həbs cəzası gözləyir. Artıq Tehran, Təbriz, Urmiya, Şiraz və İsfahan kimi böyük şəhərlərdə insanlar zərurət olmadıqda evdən çıxmırlar.