logo

Ölkədə 6 yeni spirt istehsal edən müəssisə fəaliyyətə  başladı

22:17 26-03-2020 | icon 2660
Ölkədə 6 yeni spirt istehsal edən müəssisə fəaliyyətə  başladı

Azərbaycanda 6 yeni spirt istehsal edən müəssisə fəaliyyətə  başlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov  bu gün Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında çıxışı zamanı deyib.

Nazir Mikayıl Cabbarov qeyd edib ki, hazırda tibbi spirt çeşidləri 100, 250, 500 millilitr, 1 və 5 litr həcmində qablaşdırmalarda istehsal olunur.

"İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır",-deyə nazir vurğulayıb.