logo

Azərbaycanın Fransadakı diaspor rəhbəri də koronavirusa yoluxdu

20:15 26-03-2020 | icon 406
Azərbaycanın Fransadakı diaspor rəhbəri də koronavirusa yoluxdu

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat verib.

M.Fətəliyeva bildirib ki, bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.

Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.

Son məlumata görə, Fransada 25 6233 adamda koronavirus aşkarlanıb. Bunlardan 3900 nəfəri sağalıb, 1331 nəfər isə ölüb.