logo

Qazaxıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

19:55 26-03-2020 | icon 2576
Qazaxıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Qazaxıstanın paytaxtında koronavirusa yoluxan qadın vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin informasiya və ictimai inkişaf naziri Dauren Abayev  bu gün keçirdiyi fövqəladə brifinqdə bildirib. Onun sözlərinə görə bu, Qazaxıstanda koronavirusdan ilk ölüm hadisəsidir. Sabah isə Nur-Sultan şəhər Səhiyyə İdarəsi mərhumun tibbi göstəricilərinə dair ətraflı məlumat verəcək.

Dauren Abayev bildirib ki, yaşlı insanlar və xroniki xəstəlikdən əziyyət çəkənlər özünütəcridə riayət etməlidir. Bu hadisə virusun təhlükəli olmağını bildirir.

Hazırda Qazaxıstanda 111 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Nur-Sultanda COVID-19 virusuna yoluxan dörd xəstənin vəziyyəti sabit ağırdır. Bundan başqa, Qazaxıstanda yeni növ koronavirus diaqnozu qoyulan ilk iki xəstə sağalıb və bu gün evə buraxılıb.