logo

Karantin rejimini pozan 746 nəfərə inzibati, 1 nəfərə cinayət işi açılıb

19:18 26-03-2020 | icon 2191
Karantin rejimini pozan 746 nəfərə inzibati, 1 nəfərə cinayət işi açılıb

Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə martın 26-da Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında məlumat verilib. 

İclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

Baş nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.

Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.