logo

Nur-Sultanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

17:59 26-03-2020 | icon 2499
Nur-Sultanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD tərəfdarı həbs edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, həbs edilən şəxs respublika ərazisində terror aktı hazırlamaqda şübhəli bilinir. Axtarış zamanı ondan kustar üsulla hazırlanmış partlayıcı qurğu və soyuq silah götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.