logo

Şüvəlanda narkotiklə tutulmuş şəxsin evində 10 kq marixuana çıxdı

16:15 26-03-2020 | icon 2177
Şüvəlanda narkotiklə tutulmuş şəxsin evində 10 kq marixuana çıxdı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, narkotik vasitə ilə tutulmuş M.Əliyevin ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yaşadığı Şüvələn qəsəbəsindəki evə baxış zamanı 78,100 qram heroin və 9 kiloqram 895 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.