Azərbaycanda “Koronavirusla mübarizə büdcəsi” 1,1 milyard manatı ötür
Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatı ötüb.
YeniAvropa xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. Onun sözlərinə görə, prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılanda ilk olaraq bu məqsədlə 10 milyon manat vəsait ayrılıb: “Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda, prezident İlham Əliyevin Sərəncamı əsasında, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına da qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Azərbaycanda koronavirusa qarşı mübarizə üçün hazırda 1,1 milyard manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-nin 2,2 faizinə çatır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Prezident İlham Əliyev və birinci xanın Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir”.
V.Qasımlı qeyd edib ki, Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən çox ölkəsi müvafiq istiqamətdə Beynəlxalq Valyuta Fonduna (BVF) maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda, BVF və Dünya Bankı “Böyük iyirmiliyə” müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi banklarının monetar yumşalmaya getmək “rahatlığı” inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik investorlar koronavirus pandemiyası başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir. Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər.
Bu gün ölkə ərazisində temperatur daha 4-5° aşağı enəcək
Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan prezidenti indoneziyalı həmkarına başsağlığı verib
Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib
Azərbaycan nefti 55,37 dollara satılır
Pərviz Şahbazov BBEA-nın 11-ci Assambleyasında iştirak edib
Yol polisi sürücülərə müraciət etdi
Hirkan Milli Parkında baş vermiş yanğın 6-cı gündə söndürüldü
Xınalıqda 15 sm qar yağdı, temperatur -7°-yə endi
Bakıda mənzildən qadın meyiti tapılıb
Belarus dünya çempionatı keçirməkdən məhrum edildi
Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb
Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
Mədəniyyət Nazirliyi Bakıdakı alman kilsəsi haqda videoçarx hazırlayıb
Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı
Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
Laçının gəzməli-görməli yerləri haqda videoçarxı hazırlanıb
Hirkan Milli Parkında baş vermiş yanğın 5 gündür davam edir
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfərə çatır
MN Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkəti dəyişdiriləcək
Ərdoğan:Qarabağ məsələsindəki qəti əzmimizi bütün dünyaya göstərdik