logo

Türkiyədə koronavirusdan daha 15 nəfər öldü

10:08 26-03-2020 | icon 749
Türkiyədə koronavirusdan daha 15 nəfər öldü

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 59 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Tvitter" hesabında məlumat yerləşdirib.

Nazir qeyd edib ki, martın 25-də daha 15 xəstə dünyasını dəyişib. Hazırda 2433 nəfər bu infeksiyadan müalicə olunur. Martın 25-də ölkə üzrə 5035 şübhəli üzərində test aparılıb. Onlardan 561 nəfərdə koronovirus aşkar olunub.