logo

İsveçrə Şengen ölkələri ilə sərhədlərini bağladı

09:21 26-03-2020 | icon 693
İsveçrə Şengen ölkələri ilə sərhədlərini bağladı

İsveçrə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş məhdudiyyətini daha da sərtləşdirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, indiyədək Almaniya, İtaliya, Avstriya, Fransa və İspaniyaya qarşı məhdudiyyətlər tətbiq edən İsveçrə artıq ölkəyə girişi bütün Şengen ölkələrinin vətəndaşları üçün bağlayıb. Bu məhdudiyyətlər yalnız Lixtenşteyn Knyazlığının vətəndaşlarına şamil olunmayacaq.

Martın 26-dan qüvvəyə minən məhdudiyyətlər tranzit və yük daşımalarına, eləcə də İsveçrədə daimi yaşayış icazəsi olan əcnəbi vətəndaşlara aid edilməyəcək.

Qeyd edək ki, İsveçrə koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr sırasındadır. Ölkədə virusa yoluxanların sayı artıq on min nəfərə çatıb, 150 nəfər isə xəstəlikdən həyatını itirib.