logo

Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşüb

23:15 25-03-2020 | icon 224
Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşüb

Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib.

YeniAvropa "TASS" agentliyinə istinadla bildirir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.

İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən “An-26” təyyarəsi və “Mi-8” helikopteri cəlb olunub.

Əməliyyat bölgəsində hökm sürən əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir.