logo

Şahzadəsi Çarlz da koronavirusa yoluxub

20:54 25-03-2020 | icon 2639
Şahzadəsi Çarlz da koronavirusa yoluxub

Böyük Britaniya kraliçası II Elizabetin oğlu və taxtın varisi, Uels şahzadəsi Çarlzın koronavirus testinin nəticəsinin müsbət olduğu açıqlanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, açıqlamada 71 yaşlı şahzadə Çarlzın yüngül simptomlar göstərdiyi və ümumi sağlamlığının yaxşı olduğu bildirilib.

Şahzadə Çarlz və həyat yoldaşı Şotlandiyanın Balmoral şəhərindəki iqamətgahında özlərini təcrid vəziyyətində saxlayırlar.

Onun həyat yoldaşı, 72 yaşlı Kornuall Düşesi Kamilla da testdən keçirilib, amma nəticə mənfi olub.